“Mançester Siti” qalib gəldi, liderə yaxınlaşdı - VİDEO

5 Mart 2023 00:20 İngiltərə 468
“Mançester Siti” qalib gəldi, liderə yaxınlaşdı - VİDEO

İngiltərə Premyer Liqasında XXVI tura start verilib.

Sportinfo.az xəbər verir ki, açılış oyununda çempionluğa oynayan “Mançester Siti” və Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda yarışan “Nyukasl” üz-üzə gəlib.

“Etihat” stadionunda keçirilən qarşılaşma “şəhərlilər”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 15-ci dəqiqədə Fil Foden açıb. Görüşdə son nöqtəni 66-cı dəqiqədə Bernardu Silva qoyub.

Bu qələbə sayəsində xallarını 58-ə çatdıran Pep Qvardiolanın komandası turnir cədvəlinin 2-ci pilləsində möhkəmlənib.

“Şəhərlilər” lider “Arsenal”la fərqi azaldıb.

Hazırda “Mançester Siti” London klıubundan 2 xal geri qalır. “Nyukasl” isə 41 xalla 5-cidir.

“Mançester Siti “- “Nyukasl” 2:0

Qol: F.Foden, 15, Bernardu Silva, 67

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR