Paytaxt klubu serbiyalı hücumçunu transfer etməyə hazırlaşır

3 Mart 2023 01:40 İngiltərə 689
Paytaxt klubu serbiyalı hücumçunu transfer etməyə hazırlaşır

"Fulhem"in hücumçusu Aleksandar Mitroviç Premyer Liqada klubunu dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı forvardın xidmətində "Çelsi" maraqlıdır.

"Mavilər" yay transfer məncərəsi zamanı serbiyalı futbolçu üçün onun klubuna rəsmi təklif göndərəcək.

Aleksandar Mitroviç "Fulhem"ə 20218-ci ilin yayında "Nyukasl"dan transfer olunub.

Serbiya millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!