Premyer Liqa klubu bu müdafiəçiləri istəyir - "Benfika" və "Sportinq"dən

2 Mart 2023 18:40 İngiltərə 510
Premyer Liqa klubu bu müdafiəçiləri istəyir - "Benfika" və "Sportinq"dən

"Liverpul" müdafiə xəttini yeniləmək istəyir.

Sportinfo.az xəbər verir ki, Mersisayd təmsilçisi gələcəkdə müdafiə xəttinin lideri Vircil van Deyki əvəzləməyə çalışır.

"Liverpul" "Benfika"dan Antonio Silva və "Sportinq"dən Qonsalu İnasionu heyətinə qatmaq niyyətindədir.

"Benfika" yetirməsi olan Silva 2003-cü il təvəllüddür. O, 2022-ci ildən əsas komandada çıxış edir. 21 yaşlı Qonsalu isə 2020-ci ildən "Sportinq" forması geyinir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR