Premyer Liqa klubunun qumarbaz hücumçusuna qarşı 262 ittiham irəli sürüldü!

1 Mart 2023 01:40 İngiltərə 502
Premyer Liqa klubunun qumarbaz hücumçusuna qarşı 262 ittiham irəli sürüldü!

“Brentford”un hücumçusu Ayvan Touni uzun müddətə cəzalana bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 26 yaşlı futbolçu bukmeker kontorlarında pul qoyuluşuna görə karyerasını təhlükəyə atıb. İddiaya görə, futbolçu barədə 262 ittiham var. İngilis futbolçunun bu ittihamlardan əksərini qəbul etdiyi də bildirilir.

İngiltərə Futbol Federasiyasının qaydalarını pozan hücumçunu ağır cəza gözləyir.

Federasiyanın yaxın bir həftə ərzində Touni ilə bağlı sərt cəzaları açıqlaması gözlənilir. Onun bu mövsümün qalan hissəsində bir daha oynamayacağı ehtimal edilir.

Touni bu mövsüm Premyer Liqada meydana çıxdığı 21 oyunda 14 qola imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR