Öncə "Neftçi"də, sonra “Qarabağ”də çalışdı, indi bu klubla müqavilə bağladı

25 Fevral 2023 16:20 İngiltərə 1 072
Öncə "Neftçi"də, sonra “Qarabağ”də çalışdı, indi bu klubla müqavilə bağladı

“Sauthempton”un yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Bu vəzifəyə “Neftçi” və “Qarabağ”ın sabiq məşqçisi Ruben Selles təyin olunub. 39 yaşlı mütəxəssislə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Klub rəhbərliyi Neytan Consun istefasından sonra onun vəzifəsini müvəqqəti icra edən Sellesin işindən razı qalıb. Bu üzdən də ispaniyalının baş məşqçi təyin edilməsinə qərar verilib.

Selles 2012-14-cü illərdə "Neftçi"də, 2015-17-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi kimi çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR