"Mən kövrək bir komanda gördüm" - TƏNQİD ETDİ

24 Fevral 2023 00:00 İngiltərə 558
"Mən kövrək bir komanda gördüm" - TƏNQİD ETDİ

Fransa millisinin sabiq hecumçusu Tyerri Anri “Liverpul”un Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la ilk oyununda (2:5) çıxışına təəccüblənib.

Sportinfo.az xəbər verir ki, Anri, “Liverpul”un yaxşı oynamadığını deyib:

“Onların hansı səviyyədə olduğunu başa düşə bilmirəm. Mən kövrək bir komanda gördüm. Niyə? Onlar 2:0 hesabı ilə öndə idilər.

2:0 hesabı “Real” və ya Avropanın hansısa digər komandası ilə qarşılaşmada istədiyiniz başlanğıcdır. Lakin onlar bu hesabı saxlaya bilmədilər.

“Liverpul” çox yaxşı oynamır və çox qol buraxır”.

“Liverpul”la “Real” arasında cavab matçı martın 15-də Madriddə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR