Premyer Liqanın 3 klubu bir fransıza göz dikib

22 Fevral 2023 00:10 İngiltərə 687
Premyer Liqanın 3 klubu bir fransıza göz dikib

"Betis"in yarımmüdafiəçisi Nabil Fekir İngiltərəyə yollanacaq.

Sportinfo.az xəbər verir ki, fransalı yarımmüdafiəçi "Arsenal", "Mançester Yunayted" və "Nyukasl"ın transfer siyahısındadır.

Artıq hər üç klub onun üçün "Betis"lə danışıqlara start verib.

2019-cu ildə "Lion"dan "Betis"ə keçmiş yarımmüdafiəçinin transfer qiyməti 30 milyon avrodur. Onun Sevilya klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!