Premyer Liqa klubunun baş məşqçisi idman direktorunu özü seçəcək

21 Fevral 2023 10:20 İngiltərə 650
Premyer Liqa klubunun baş məşqçisi idman direktorunu özü seçəcək

“Liverpul”un baş məşqçisi Yurgen Klopp yay transfer pəncərəsində komandanı gücləndirmək üçün çalışacaq idman direktorunu şəxsən özü seçəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Məlumata görə, bu qərarı İngiltərə klubunun rəhbərliyi verib.

55 yaşlı Klopp 2015-ci ilin oktyabrından “Liverpul”u çalışdırır. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi hesablanıb.

“Liverpul” bu mövsüm Premyer Liqanın 22 oyununda 35 xal toplayıb və turnir cədvəlində 8-ci yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR