Gürcü yarımmüdafiəçi Xviça Kvaratsxeliya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, “Napoli”nin futbolçusu ilə “Nyukasl” klubu maraqlanır.
“Nyukasl” rəhbərliyi gürcü futbolçunun transferi üçün 100 milyon avro xərcləməyə hazırdır.
Kvaratsxeliyanın “Napoli” ilə müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir. 22 yaşlı futbolçu bu mövsüm Neapol klubunun heyətində 23 oyun keçirib, 11 qol vurub, 14 məhsuldar ötürmə edib.

