"Mançester Siti" "Arsenal"a qalib gəldi, lider oldu - VİDEO

16 Fevral 2023 12:20 İngiltərə 508
"Mançester Siti" "Arsenal"a qalib gəldi, lider oldu - VİDEO

İngiltərə Premyer Liqasında XII turdan təxirə salınmış oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, liderlik uğrunda matçda "Arsenal" və "Mançester Siti" üz-üzə gəlib.

Londondakı "Emireyts" stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qolu "şəhərlilər" vurublar. Kevin De Brüyne 24-cü dəqiqədə komandasını hesabda önə keçirib.

42-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən meydan sahiblərinin yarımmüdafiəçisi Bukayo Saka tarazlığı bərpa edib. 72-ci dəqiqədə Cek Qriliş "Mançester Siti"nin 2-ci qolunu vurub. Son nöqtəni isə 82-ci dəqiqədə Erlinq Holann qoyub.

Bu qələbə ilə xallarını 51-ə çatdıran "Mançester Siti" turnir cədvəlində ilk pilləyə yüksəlib. Eyni xala malik və rəqibindən bir oyun az keçirən "Arsenal" isə 2-ci sıraya enib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR