“Məncə, bu komanda Premyer Liqada çempion olacaq”

16 Fevral 2023 00:20 İngiltərə 766
“Məncə, bu komanda Premyer Liqada çempion olacaq”

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger London təmsilçisinin cari mövsümdəki çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, “topçular”ın İngiltərə Premyer Liqasını qazanacağını deyib:

“Məncə, “Arsenal” bu mövsüm İngiltərə çempionu olacaq. Çünki təhlükə yarada biləcək bütün rəqibləri arxada qoyublar.

Yalnız “Mançester Siti” real təhlükə olaraq qalır. “Şəhərlilər” keçənilki qədər üstünlük təşkil etmirlər. Onlar əvvəlki illərlə müqayisədə bu il müdafiədə daha həssas olublar”.

“Arsenal” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə 51 xalla başçılıq edir. Onların ən yaxın izləyicisi isə 48 xala malik “Mançester Siti”dir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR