"Məni məyus etdi - Bizi boğmağa çalışırdılar"

15 Fevral 2023 00:20 İngiltərə 415
"Məni məyus etdi - Bizi boğmağa çalışırdılar"

“Everton”un baş məşqçisi Şon Dayç İngiltərə Premyer Liqasının 23-cü turunun “Liverpul”la oyununu (0:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, futbolçularının taktiki qayda pozuntularına yol verdiyini dilə gətirib:

“Rəqibin qurduğu əks-hücumlar məni məyus etdi. Cordan Pikford səhvlər etdi. “Liverpul” bizi boğmağa çalışırdı.

Onların hücumlarının qarşısını almaq üçün taktiki qayda pozuntularına yol verirdik. Keçən həftə “Arsenal”ı məğlub etdik. Azarkeşlərimizə səfər qələbəsi lazımdır”.

“Everton” İngiltərə çempionatının turnir cədvəlində 18 xalla 18-ci, “Liverpul” isə 32 xalla 9-cu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR