Dünyanın ən pullu insanı Premyer Liqa klubu məşhur qardaşlardan alır

14 Fevral 2023 22:00 İngiltərə 1 032
Dünyanın ən pullu insanı Premyer Liqa klubu məşhur qardaşlardan alır

Amerikalı milyarder İlon Mask İngiltərənin “Mançester Yunayted” klubu üçün təxminən 4.5 milyard funt-sterlinq təklif edəcək.

Sportinfo.az xəbər verir ki, klubun hazırkı sahibi olan Qleyzer qardaşları qarşı tərəfdən 6 milyard funt-sterlinq tələb edirlər.

Mançester təmsilçisinin ümumi xərclərindən əlavə, “Old Trafford”un yenidən qurulmasına təxminən 2 milyard pul xərclənə bilər.

Öncədən Səudiyyə Ərəbistanı, ABŞ, Qətər, Çin və Sinqapur investorları Premyer Liqa təmsilçisi üçün təklif göndərməyə hazırlaşırdılar.

Britaniyalı milyarder Cim Retkliff “Mançester Yunayted”i almaq üçün “JPMorgan” və “Goldman Sachs” investisiya banklarına dəstək göstərib.

Ötən ilin noyabrında 2005-ci ildən klubun sahibi olan Qleyzer qardaşları onu satmaq istədiklərini bildiriblər.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!