Yığmanın müdafiəçisini icarəyə verdi - Premyer Liqa klubu

14 Fevral 2023 18:20 İngiltərə 455
Yığmanın müdafiəçisini icarəyə verdi - Premyer Liqa klubu

“Fulhem” müdafiəçisi Kevin Mbabunu icarəyə verib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 27 yaşlı futbolçunu İsveçrənin “Servett” klubuna göndərib.

İsveçrə millisinin də üzvü olan müdafiəçi bu mövsümün sonunadək icarədə oynayacaq.

Mbabu məhz “Servett”in yetirməsidir. O, bu klubdan ayrılandan sonra “Nyukasl”, “Reyncers”, “Yanq Boyz” və “Volfsburq” kimi klubların da formasını geyinib.

Müdafiəçi 2022-ci ilin yayında 5.6 milyon avro qarşlığında transfer olunduğu “Fulhem”də cəmi 5 oyun keçirib. O, İsveçrə millisində də 22 oyunda forma geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR