“Üzərimdə həddən artıq çox məsuliyyət var, hər şeyi yenidən qaydasına salmaq istəyirəm”

14 Fevral 2023 01:40 İngiltərə 445
“Üzərimdə həddən artıq çox məsuliyyət var, hər şeyi yenidən qaydasına salmaq istəyirəm”

"Liverpul"un baş məşqçisi Yurgen Klopp klubdakı gələcəyi ilə bağlı qərarını verib.

Sportinfo.az xəbər verir ki, 55 yaşlı mütəxəssis bu barədə öz açıqlamasında danışıb.

Bir müddətdir ki, komandanın uğursuz nəticələrinə görə Kloppun "Liverpul"u tərk edəcəyi barədə xəbərlər yayılıb. Lakin almaniyalı çalışdırıcı açıqlamasında "mersisaydlılar"dan getməyəcəyini deyib:

"İnsanların beə düşünməsini anlayıram. Amma heç yerə getməyəcəyəm, gedə bilmərəm. Üzərimdə həddindən artıq çox məsuliyyət var.

Hər şeyi yenidən qaydasına salmaq istəyirəm. Çətin bir dövrdən keçirik. Bu çətin zamanlarda "Liverpul"un çox özəl olduğunu göstərməliyik.

Burada qalmaq üçün 100 faiz qərarlıyam. Qalib gəlsək, özümü uğurun bir parçası kimi hiss edərəm. Amma məğlub olsaq, məsuliyyəti 100 faiz öz üzərimə götürürəm".

Klopp 2015-ci ildən "Liverpul"un baş məşqçisidir. Onun komandası bu mövsüm Premyer Liqada çıxdığı 20 matçdan 8-də qalib gəlib, 5-də heç-heçə edib, 7 dəfə isə uduzub. "

Liverpul" hazırda turnir cədvəlində 29 xalla 10-cudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR