"Düşündükdən sonra qərar vermək şansımız yox idi"

14 Fevral 2023 00:10 İngiltərə 504
"Düşündükdən sonra qərar vermək şansımız yox idi"

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 21-ci turunun “Vilyarreal”la matçından sonra (1:0) açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, məşq prosesindən danışıb:

“Futbol çox çətindir. Bu gün keçirilən matçda “Vilyarreal” topa sahib olmaq istəyirdi. Biz müdafiədən çıxmağa çalışırdıq.

Düşündükdən sonra qərar vermək şansımız yox idi. Çalışırıq ki, yükzək təzyiq altında məşqlərimizi keçirək. Bundan öz xeyrimizə də istifadə edə bilərik.

Biz xoşbəxtik. Çünki bütün işlərimiz qaydasında gedir. Çox ciddi və rəqabət aparan komandayıq. Hər zaman qalib gəlməyə hazırıq”.

Kataloniya təmsilçisi hazırda İspaniya çempionatının turnir cədvəlində 56 xalla liderdir. “Vilyarreal” isə 31 xalla 8-ci sırada yer alır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR