Məşhur türk futbolçunun bu qol sevinci tənqid olundu - VİDEO

14 Fevral 2023 00:00 İngiltərə 754
Məşhur türk futbolçunun bu qol sevinci tənqid olundu - VİDEO

“Mançester Siti”də çıxış edən türk əsilli futbolçu İlkay Gündoğanın qol sevinci tənqidlərə səbəb olub.

Sportinfo.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 23-cü turunda “Aston Villa” üzərində 3:1 hesablı qələbə qazanan mançesterlilərin yarımmüdafiəçisi qarşılaşmada ikinci qolu vurub və bunu qeyd edib.

Onun bu sevinci türk azarkeşlərin tənqidinə tuş gəlib.

Tərəfdarlar Türkiyədə baş vermiş zəlzələdə həyatını itirənlərə görə Gündoğanın instaqram hesabında paylaşımlara şərh yazaraq onun qol sevincinə etirazlarını bildiriblər.

Daha sonra Almaniya millisinin üzvü instaqram hesabında paylaşım edərək üzr istəyib: “Mənim bütün fikrim Türkiyədə və Suriyada zəlzələdən əziyyət çəkənlərin yanındadır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR