"Mançester Siti"də Haaland problem yaşandı - Liderə qarşı oynamayacaq

13 Fevral 2023 22:00 İngiltərə 709
"Mançester Siti"də Haaland problem yaşandı - Liderə qarşı oynamayacaq

"Mançester Siti" klubunun heyətində ciddi itki baş verib.

Sportinfo.az xəbər verir ki, "şəhərlilər"in hücumçusu Erlinq Haaland sıradan çıxıb.

Norveçli forvard Premyer Liqanın 23-cü turunun "Aston Villa" ilə matçında zədələnib. 22 yaşlı ulduz 24-cü turun "Arsenal"la oyununda iştirak etməyəcək.

"Arsenal" - "Mançester Siti" qarşılaşması 15 fevral tarixində, Bakı vaxtilə saat 23:30-da baş tutacaq.

Erlinq Haaland "Mançester Siti"yə mövsümün əvvəlində Dortmund "Borussiya"sından transfer olunub.

Nörveç millisinin üzvü komandanın heyətində meydana çıxdığı 29 rəsmi matçda 31 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR