İngiltərə klubu yenidən Azərbaycanda işləmiş məşqçiyə tapşırıldı

12 Fevral 2023 23:20 İngiltərə 886
İngiltərə klubu yenidən Azərbaycanda işləmiş məşqçiyə tapşırıldı

İngiltərə Premyer Liqasında çıxış edən “Sauthempton” baş məşqçisi Neytan Consla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 50 yaşlı mütəxəssisin müqaviləsi ləğv edilib.

Komanda müvəqqəti olaraq daha əvvəl Azərbaycanda da işləmiş ispaniyalı Ruben Sellesə tapşırılıb. 40 yaşlı məşqçi 2022-ci ildə də bir müddət Premyer Liqa təmsilçisinə rəhbərlik edib.

Neytan Cons ötən ilin noyabrında baş məşqçi təyin olunmuşdu. “Sauthempton” 22 turdan sonra 15 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR