"Sauthempton" baş məşqçisi Natan Consu istefaya göndərib.
Sportinfo.az xəbər verir ki, 49 yaşlı mütəxəssislə 2026-cı ilin yayında başa çatmalı müqavilə vaxtından əvvəl ləğv edilib.
N.Cons ötən ilin noyabrından İngiltərə Premyer Liqası təmsilçisini çalışdırırdı.
Onun rəhbərliyi altında komanda ölkə çempionatında keçiridyi 9 matçın 8-də uduzub və sonuncu pillədə qərarlaşıb.

