“Məni saxlamaq istəsələr, bu klubla razılaşmalı olacaqlar”

11 Fevral 2023 18:40 İngiltərə 732
“Məni saxlamaq istəsələr, bu klubla razılaşmalı olacaqlar”

“Çelsi”nin hücumçusu Joao Feliks London klubu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, “zadəganlar”ın heyətində özünü yaxşı hiss etdiyini bildirib:

“Çelsi”də özümü çox yaxşı hiss edirəm. Bu klubu sevirəm. Müqaviləmdə satınalma bəndi yoxdur.

Onlar (“Çelsi” klubu) məni heyətdə saxlamaq istəsələr, “Atletiko” ilə razılaşmalı olacaqlar. Heç kim gələcəkdə nəyin baş verəcəyini bilmir”.

İngiltərə təmsilçisi portuqaliyalı oyunçunu qış transfer pəncərəsində “Atletiko”dan cari mövsümün sonuna qədər icarə əsasında heyətinə qatıb.

Futbolçunun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

Feliks debüt matçında (Premyer Liqanın 7-ci turunun “Fulhem”lə təxirə salınmış görüşü) kobudluğa görə 58-ci dəqiqədə qırmızı vərəqə alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR