
“Liverpul”un yarımmüdafiəçisi Harvi Elliot yay transfer pəncərəsində komandasını dəyişmək niyyətindədir.
Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu bu qərarı qəbul etməli olduğunu bildirib:
“Sadəcə, bu qərarı qəbul etməliyəm və görək, nəticəsi necə olacaq”.
Əvvəllər mediada yayılan məlumatlara görə, “Liverpul” Elliotu Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virtslə mümkün transfer razılaşmasına daxil edə bilər.
22 yaşlı futbolçu son mövsümdə “qırmızılar”ın heyətində 28 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir.