"Mənim haqda yazılan 100 xəbərdən yalnız 5-i doğrudur"

17 Avqust 2022 18:20 İngiltərə 471
"Mənim haqda yazılan 100 xəbərdən yalnız 5-i doğrudur"

"Mançester Yunayted"in ulduzu Kriştiano Ronaldo mətbuatda onun haqqında yazılan xəbərlərlə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu sosial şəbəkə hesabında etdiyi paylaşımda bunları qeyd edib:

"Media yalan danışır. Bütün həqiqətləri bir neçə həftə sonra verəcəyim müsahibədə görəcəksiniz. Son aylarda mənim haqda yazılan 100 xəbərdən yalnız 5-i doğrudur".

Mətbuatda Ronaldonun "Mançester Yunayted"dən ayrılmaq istəməsi ilə bağlı xəbərlər yazılır.

Digər Xəbərlər
Xəbər Lenti