“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un sabiq yarımmüdafiəçisi Stiven Cerrard lazım gələrsə, kluba qayıtmağa hazır olduğunu bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, keçmiş klubuna həmişə kömək etməyə hazır olduğunu deyib:
“Mən “Liverpul” azarkeşiyəm və kluba uğurlar arzulayıram. Onlara köməyim lazım olarsa, vəziyyətdən asılı olmayaraq, həmişə buradayam”.
“Qırmızılar” bu mövsüm sabitlik tapmaqda çətinlik çəkir.
Bir sıra uğursuz nəticələrdən sonra komandanın baş məşqçisi Arne Slot ciddi təzyiq altında qalıb və mediada onun mümkün qovulması ilə bağlı şayiələr yayılıb. Cerrard Slotun potensial əvəzedicisi kimi göstərilir.
“Liverpul” 17 oyundan sonra Premyer Liqanın turnir cədvəlində 5-ci yerdədir.

