“Siti” onu “Barselona”ya satar - 100 milyon versə

10 May 2022 21:40 İngiltərə 479
“Siti” onu “Barselona”ya satar - 100 milyon versə

"Mançester Siti" "Barselona"nın maraqlandığı Bernardo Silva ilə ayrılmağa hazır deyil.

Sportinfo.az xəbər verir ki, “şəhərlilər” yalnız bir şərtlə “Barsa”ya “hə” deməyə razıdırlar.

Əgər İspaniya nəhəngi portuqal futbolçuya görə 100 milyon avro ödəyərsə.

27 yaşlı Silva “Siti”yə 2017-ci ildə "Monako"dan 50 milyon avroya transfer olunub. Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 47 oyuna çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.

Silva ilə "Mançester Siti" arasındakı müqavilə 2025-ci ildə başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti