İngiltərə Premyer Liqasının 10 ən yaxşı afrikalısından biri Azərbaycanda

25 Yanvar 2022 23:00 İngiltərə 962
İngiltərə Premyer Liqasının 10 ən yaxşı afrikalısından biri Azərbaycanda

İngiltərə Premyer Liqası tarixinin 10 ən yaxşı afrikalı futbolçusu bəlli olub.

Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, siyahıda "Səbail"in sabiq yarımmüdafiəçisi Maykl Esyen də yer alıb.

Qanalı veteran oyunçu 4-cü sırada göstərilib.

Onun "Çelsi"dəki keçmiş komanda yoldaşı kot d ivuarlı Didye Droqba birinci, "Mançester Siti", "Tottenhem" və "Arsenal"ın toqolu sabiq hücumçusu Emanuel Adebayor ikinci, hazırda "topçular"da çıxış edən qabonlu Pyer-Emerik Obameyanq üçüncü olub.

Növbəti pillələrdə nigeriyalı Nvankvo Kanu, əlcəzairli Riyad Mahrez, seneqallı Sadio Mane, nigeriyalı Cey Cey Okoça, misirli Məhəmməd Salah və kot d ivuarlı Yaya Ture yer alıb.

Maykl Esyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək müqavilə üzrə "Səbail"ə məxsus olub. O, paytaxt təmsilçisini tərk etdikdən sonra karyerasını bitirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!