“Saç düzümü və geyimi ilə bağlı çoxlu əsassız iradlar eşitmişəm” - SEVİLMİR

14 Yanvar 2022 22:00 İngiltərə 419
“Saç düzümü və geyimi ilə bağlı çoxlu əsassız iradlar eşitmişəm” - SEVİLMİR

“Mançester Yunayted”in sabiq müdafiəçisi Patris Evra Pol Poqbanın yeni müqavilə bağlayacağına inanmır.

Sportinfo.az xəbər verir ki, Evranın fikrincə, Poqba özünü İngiltərədə sevimli hiss etmir.

Deyir ki, ona xeyli əsassız irad bildirilir:

“Çətin ki, müqaviləni yeniləsin. Pol İngiltərədə sevilmir. Xüsusən də komandanın keçmiş oyunçuları tərəfindən.

Bir çox insan hesab edir ki, o, daha yaxşı çıxış edə bilər. Onun saç düzümü və geyimi ilə bağlı çoxlu əsassız iradlar eşitmişəm.

Bu gün Fransa yığmasında oynamaq onun üçün təmiz hava kimidir. Lakin Mançesterə qayıdan kimi problemlər yenidən başlayır”.

Digər Xəbərlər
Xəbər Lenti