Futbolçular qorxurlar – Baş məşqçi belə bir addım ata bilər

14 Yanvar 2022 21:40 İngiltərə 428
Futbolçular qorxurlar – Baş məşqçi belə bir addım ata bilər

Sportinfo.az xəbər verir ki, "Tottenhem"in futbolçuları Antonio Kontenin komandanın baş məşqçi postunu tərk edə biləcəyindən ehtiyat edirlər.

Oyunçuların fikrincə, əgər “Tottenhem” rəhbərliyi onun tələb etdiyi transferləri yanvarda dəstəkləməsə, italyan belə bir addım ata bilər.

Məlumata görə, soyunub-geyinmə otağında Kontenin mümkün gedişi müzakirə olunur və onlar vəziyyətin bu şəkildə inkişaf edəcəyindən qorxurlar.

“Tottenhem”də durum elədir ki, nəinki qış, yay transfer dönəmi də vacibdir.

Qeyd edilir ki, növbəti transfer pəncərəsi Kontenin gələcəklə bağlı qərarı üçün əsas rol oynayacaq. O, mövsümün ortasında ayrılmaq istəmir və buna görə də yaya qədər gözləyə bilər.

Bildirilir ki, Konte sağ cinah oyunçusu, yarımmüdafiəçi və hücumçu alınmasını istəyir. O, ideal variant kimi mərkəz müdafiəçisi alınmasını da tələb edir. Amma bunun yaya qədər təxirə salınmasına da razıdır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!