PSJ Ronaldonu transfer edəcək – Mbappe "Real"a keçsə

12 Yanvar 2022 00:20 İngiltərə 640
PSJ Ronaldonu transfer edəcək – Mbappe

"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo karyerasını Fransada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, PSJ portuqaliyalı hücumçu ilə yaxından maraqlanır.

Yayda Kilian Mbappenin "Real"a keçə biləcəyini nəzərə alan paytaxt klubu onun boşluğunu məhz 37 yaşlı forvardla doldurmaq niyyətindədir.

Təcrübəli oyunçu "qırmızı şeytanlar"la vidalaşmağa qərar versə, PSJ onunla danışıqlara başlayacaq.

Daha əvvəl Mançester təmsilçisindəki vəziyyətindən narazı qalan Ronaldonun agenti Jorje Mendeşə müraciət edərək ona yeni klub tapmasını istədiyii bildirilib.

Futbolçu deyib ki, durum müsbətə doğru dəyişməsə, komandanı tərk edəcək.

Kriştianu Ronaldo bu mövsüm "Mançester Yunayted"in heyətində Premyer Liqada meydana çıxdığı 16 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti