4 milyon verir – Futbolçusu icarədən tez qayıtsın deyə

11 Yanvar 2022 21:40 İngiltərə 500
4 milyon verir – Futbolçusu icarədən tez qayıtsın deyə

“Çelsi” Emersonla bağlı “Lion”la danışıqlar aparır.

Sportinfo.az xəbər verir ki, London klubu onun icarədən daha tez qayıtmasına çalışır.

Ancaq “Lion” “Çelsi”nin təklifini 2 dəfə geri çevirib. “Təqaüdçülər” hazırda 4 milyon avro təklif edirlər ki, “Lion” futbolçunu daha tez buraxsın.

“Çelsi”nin müdafiəçisi Ben Çiluellu zədələnib və mövsümün sonuna qədər meydana çıxa bilməyəcək. Klub rəhbərliyi ən qısa vaxtda ona əvəzləyici tapmağı planlaşdır.

“Lion”da icarə əsasında çıxış edən Emersonun “Çelsi” ilə müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!