“Sizin çoxlu pulunuz, rahat həyatınız var, daha nə istəyirsiz? “

10 Yanvar 2022 18:40 İngiltərə 1 130
“Sizin çoxlu pulunuz, rahat həyatınız var, daha nə istəyirsiz? “

“Mançester Yunayted”in sabiq futbolçusu Lu Makari komandanın hazırkı oyunçularını tənqid edib.

Sportinfo.az xəbər verir ki, Lu meydanda can yandırmayan futbolçuları ittiham edib.

Bildirib ki, narazı olanların hamısını qovmaq lazımdır:

“Nədənsə narazı olanların hamısını qovmaq vacibdir. Onlardan qurtulmaq lazımdır. “Yunayted”in 70 min azarkeşi hər həftə səhv edə bilməz.

Bu futbolçular nəsə bacardıqlarını sübut etməlidirlər. Sizin çoxlu pulunuz, rahat həyatınız var. Daha nə istəyirsiz? Oyundan zövq alan 11 xoşbəxt futbolçu görmək istəyirəm meydanda.

Amma bunu görmürəm. Top uğrunda mübarizə, aqressiya yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada