3 ingilis birdən… İlk dəfə

10 Yanvar 2022 15:20 İngiltərə 545
3 ingilis birdən… İlk dəfə

“Roma” A seriyasının 21-ci turunda “Yuventus”u qəbul edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma paytaxt klubunun məğlubiyyəti ilə başa çatıb – 3:4.

Həmin qarşılaşmada A seriyasının tarixinə düşən statistik göstərici də qeydə alınıb.

“Roma”nın start heyətində meydana 3 ingilis futbolçu – Kris Smollinq, Temmi Abraham, Ensli Meytlend-Naylz çıxıb. Bu, A seriyası tarixində ilk belə hadisədir.

Ən azı, 1994/1995 mövsümündən- bu cür statistik göstəricilər nəzərə alınmağa başlayandan bəri bir komandanın start heyətində 3 ingilis futbolçu meydana çıxmamışdı.

Digər Xəbərlər
Xəbər Lenti