Bu hücumçu Premyer Liqanı Bundesliqaya dəyişdi

10 Yanvar 2022 10:20 İngiltərə 738
Bu hücumçu Premyer Liqanı Bundesliqaya dəyişdi

"Bohum” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin “Brayton” klubunun hücumçusu Yurgen Lokadiyanı heyətinə qatıb.

Bu barədə “Bohum”un rəsmi saytı məlumat yayıb. Almaniya klubu 28 yaşlı forvardı mövsümün sonuna kimi icarəyə götürüb.

Niderlandlı 2018-ci ildən “Brayton”da çıxış edir. Həmin vaxt PSV-dən 17 milyon avroya transfer edilən forvard, daha öncə “Hoffenhaym” və “Çinçinnati” klubunda da icarədə çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada