Ərəblərə satılan Premyer Liqa klubu baş məşqçisi ilə vidalaşdı

20 Oktyabr 2021 22:00 İngiltərə 403
Ərəblərə satılan Premyer Liqa klubu baş məşqçisi ilə vidalaşdı

İngiltərə Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, "Nyukasl" Stiv Brusla yollarını ayırıb.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 61 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.

8 turdan sonra 3 xal toplayan "sağsağanlar" turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

"Nyukasl"ın səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb.

1892-ci ildə əsası qoyulmuş klub daha əvvəl iş adamı Mayk Eşliyə məxsus idi. O, 14 ildir Nyukasl təmsilçisinə rəhbərlik edirdi.

Digər Xəbərlər
Xəbər Lenti