Premyer Liqada çıxış edən qapıçı kiminlə evlənməyə hazırlaşır? - FOTOLAR

13 İyun 02:50 İngiltərə 1 290
Premyer Liqada çıxış edən qapıçı kiminlə evlənməyə hazırlaşır? - FOTOLAR

"Arsenal"ın və İspaniya millisinin qapıçısı David Raya bu yay həyatımın ən vacib "oyunlar"ından birinə – öz toyuna hazırlaşır.

Sportinfo.az xəbər verir ki, o, toyqabağı Las Veqasda səs-küylü bir subaylıq gecəsi təşkil edib.

"Günahlar şəhəri"nə Raya yaxın dostları, qardaşı Oskar və La Liqada çıxış edən futbolçular - "Xetafe"dən Dieqo Riko, "Rayo Valyekano"dan Adri Embarba və Unay Lopeslə birgə yollanıb.

Dostları təkcə meydanda deyil, həm də bu qeyri-adi macərada onu dəstəkləyiblər. Qrup Las Veqas küçələrində "Arsenal" forması ilə gəzərək, şəkillər çəkdirib və əyləniblər.

Ən böyük sürpriz isə Rayanın özü olub. ABŞ-a gəlməzdən əvvəl qolkiper stüardessa obrazında görüntülənib. O, təyyarədə sərnişinlərə şirniyyat paylayaraq, səmada belə əyləncə təşkil edib.

David Raya model nişanlısı Tatyana Trubulə 2023-cü ilin oktyabrında evlilik təklifi edib. Onlar 2021-ci ildən bəri birgədirlər.

Barselonadan olan model sevgilisi ilə birgə yaşamaq üçün Londona köçüb. İndi isə cütlük sevgi hekayəsini toyla yekunlaşmağa hazırlaşır.

David Raya has just got engaged: Meet his fiancée Tatiana Trouboul -  Football | Tribuna.com

Quién es Tatiana Trouboul, la mujer que se va a casar con el portero de  moda del fútbol español: David Raya

Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!