“Bayer”in hücumçusu Premyer Liqa klubunda

2 Avqust 2021 00:28 İngiltərə 455
“Bayer”in hücumçusu Premyer Liqa klubunda

“Aston Villa” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Bayer” dən Leon Beylini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı vinger tibbi baxışdan keçdikdən sonra “Aston Villa” ilə rəsmi müqavilə imzalayacaq.

İngiltərə mətbuatının xəbərinə görə, “Aston Villa” Beyli üçün “Bayer”ə 30 milyon avro ödəyəcək.

Yamayka milli komandasının da üzvü olan futbolçu “Bayer”lə Bundesliqada ümumilikdə 119 oyuna çıxıb. O, bu matçlarda 28 qol vurub, 21 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti