Özbəyi icarəyə götürmək istədilər, razılaşmadılar - “Mançester Siti”

22 İyun 01:40 İngiltərə 1 038
Özbəyi icarəyə götürmək istədilər, razılaşmadılar - “Mançester Siti”

“Mançester Siti” rəhbərliyi müdafiəçi Abdukodir Xusanovun icarəyə göndərilməsinə razılıq verməyib.

Sportinfo.az xəbər ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

“Lion” özbəkistanlı futbolçunu heyətinə qatmaq istəyirdi. Onun icarə əsasında Fransa klubuna verilməsi yarımmüdafiəçi Rayan Çerkinin transferi çərçivəsində həyata keçiriləcəkdi.

“Lion” bu razılaşmanın bir hissəsi kimi Xusanovu pulsuz icarəyə götürmək hüququna malik olacaqdı. Ancaq “şəhərlilər” bu təklifə mənfi cavab veriblər.

21 yaşlı müdafiəçi “Mançester Siti”yə keçməzdən əvvəl Fransanın “Lans” klubunda çıxış edib. O, son mövsümdə Premyer Liqada 6 oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM