Tarixində ilk dəfə kubok qazandı - VİDEO

16 May 2021 00:14 İngiltərə 1 150
Tarixində ilk dəfə kubok qazandı - VİDEO

"Lester" tarixində ilk dəfə İngiltərə Kubokunu qazanıb.

Sportinfo.az xəbər verir ki, "tülkülər" Londondakı "Uembli" stadionunda 21 000 tamaşaçının iştirakı ilə keçirilmiş final oyununda "Çelsi"yə minimal hesabla qalib gəlib - 1:0.

Yeganə qolu 63-cü dəqiqədə Yuri Tilemans vurub. Ben Çiluell görüşün sonlarında bərabərlik qolunu vursa da, VAR-a müraciət edildikdən sonra top hesaba alınmayıb.

Beləliklə, "Lester" İngiltərə Kubokunu əldə edən 44-cü komanda olub. Əvvəlki 4 finalda "tülkülər" məğlubiyyətlə üzləşiblər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu