“Çelsi” Salah, Holand və ya Lukakunu transfer etmək istəyir

8 May 2021 22:00 İngiltərə 668
“Çelsi” Salah, Holand və ya Lukakunu transfer etmək istəyir

“Çelsi” “Liverpul”un hücumçusu Məhəmməd Salahın transferində maraqlıdır.

Sportinfo.az xəbər verir ki, bunu “Sport Bild” jurnalının əməkdaşı bəyan edib.

O, bildirib ki, misirli futbolçu “zadəganların” baş məşqçisi Tomas Tüxelin transfer siyahısına daxildir.

Hərçənd, hücumçu mövqeyində onun daha iki rəqibi var. Belə ki, “Çelsi” rəhbərliyi hazırda Dortmund “Borussiya”sında çıxış edən Erlinq Holand və “İnter”in forvardı Romelu Lukakunu da komandada görmək arzusundadır.

2014-2016-cı illərdə Salahın transfer hüquqları məhz “Çelsi”yə məxsus oub. Bu müddət ərzində misirli icarə əsasənda “Fiorentina” və “Roma”da çıxış edib.

Cari mövsümdə Salah 32 Premyer Liqa matçında iştirak edib və 20 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!