"Beşiktaş"dan 7 milyon avro tələb etdi - "Lester Siti"

21 Fevral 2021 18:40 İngiltərə 619
"Beşiktaş"dan 7 milyon avro tələb etdi -

"Lester Siti" "Beşiktaş"a icarəyə verdiyi Rəşid Gözəli qarşı tərəfə birdəfəlik satmağa hazırdır.

Sportinfo.az xəbər verir ki, "tülkülər" əlcəzairli futbolçunun transferi üçün 7 milyon avro tələb edir.

"Qara qartallar" 28 yaşlı oyunçunun birdəfəlik transferi üçün hələ ki Premyer Liqa klubuna müraciət etməyib.

"Lester Siti" Rəşidi 2018-ci ildə "Monako"dan 14 milyon avroya transfer edib. Gözəl bu mövsüm Super Liqada keçirdiyi 17 oyunda 1 qol vurub, 10 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti