“Mançester Siti” hazırda Avropanın ən yaxşı komandasıdır”

21 Fevral 2021 01:38 İngiltərə 462
“Mançester Siti” hazırda Avropanın ən yaxşı komandasıdır”

İngiltərə Premyer Liqasının 25-ci turunda “Mançester Siti” ilə qarşılaşacaq “Arsenal”ın baş məşqçisi Mikel Arteta açıqlama verib.

Sportinfo.az xəbər verir ki, ispan mütəxəssis “Mançester Siti”nin hazırda Avropanın ən yaxşı komandası olduğunu deyib:

“Oynadıqları oyuna və nəticələrə baxsaq, “Mançester Siti” hazırda Avropanın ən yaxşı komandasıdır.

Hər komandanın olduğu kimi onların da zəif nöqtələri var. Ancaq rəqibləri o zəif tərəfləri tapmaqda çətinlik çəkirlər. Həqiqətən, müdafiədə çox yaxşı oyun sərgiləyirlər”.

“Arsenal” 25-ci tur çərçivəsində sabah doğma meydanda “Mançester Siti” ilə qarşılaşacaq. Görüş saat 20:30-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti