“Siti” Messi üçün yeni müqavilə hazırlayıb

19 Fevral 2021 21:40 İngiltərə 502
“Siti” Messi üçün yeni müqavilə hazırlayıb

“Mançester Siti” Lionel Messini transfer etməkdə israrlıdır.

Sportinfo.az xəbər verir ki, “şəhərlilər” Messi üçün yeni müqavilə hazırlayıblar.

Amma yeni müqavilədə təklif olunan məvacib azaldılıb.

2020-ci ildə “Siti” Messiyə 5 illik müqaviləyə görə 693 milyon avro təklif etmişdi. İndi isə 496 milyon təklif edir və bunu futbol dünyasında maliyyə şərtlərinin dəyişməsi ilə əlaqələndirir.

Qeyd olunur ki, “Mançester Siti” rəhbərliyi Messinin ən azı 2 il komandada oynamasını, daha sonra MLS-də çıxış edən farm-klubu “Nyu-York Siti”yə keçməsini istəyir.

“Şəhərlilər” 4 qitənin 10 klubunu əhatə edən “City Football Group” layihəsində Messinin səfir olmasını da planlaşdırılar. Leonun “Barsa” ilə müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"