"Mən özümə inanıram, narahat olmayın”

17 Fevral 2021 00:00 İngiltərə 383
"Mən özümə inanıram, narahat olmayın”

“Mançester Yunayted”in baş məşqçisi Ole Qunnar Sulşer klubdakı gələcəyi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, 47 yaşlı mütəxəssis “qırmızı şeytanlar”la 2022-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləmək barədə danışıqlar aparmadıqlarını deyib:

“Bu haqda heç nəyi müzakirə etməmişik. Hazırda fikrimi işlərimə cəmləşdirmişəm. Oyunumuzda sabitlik yaratmaq lazımdır.

Məğlub olanda bu, böhran kimi hiss olunur. Futbolda belə vəziyyətlər olur. Ancaq dərindən baxsaq, görərik ki, komanda elə də pis durumda deyil.

Bilirəm ki, çox sayda tənqid və müzakirələr vardı. Amma mən ilk növbədə strategiya barədə qərar verdim. Buna görə də mən özümə inanıram. Narahat olmayın”.

Bu mövsüm Premyer Liqada Sulşerin baş məşqçiliyi altında 46 xal toplayan “Mançester Yunayted” 2-ci pillədə qərarlaşır və lider “Mançester Siti”dən 7 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!