Kapitan paltardəyişmə otağındakı davadan danışdı "Bu xəbər çox xoşuma gəldi"

16 Fevral 2021 18:40 İngiltərə 635
Kapitan paltardəyişmə otağındakı davadan danışdı "Bu xəbər çox xoşuma gəldi"

“Liverpul”un kapitanı Cordan Henderson komandadakı durumla bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasında “Leyptsiq”lə keçiriləcək oyun ərəfəsində Henederson komandada gərginliyin olması barədə yayılan xəbərlərə də münasibət bildirib.

“Liverpul” Premyer Liqada dalbadal 3 oyunda məğlub olub.

Paltardəyişmə otağında Alison Bekerlə Endryu Robertson arasında dava düşdüyü barədə məlumat yayılmışdı. Henderson bu məlumatın tamamilə dezo olduğunu deyib:

“Klaviatura qarşısında oturub məşqçi, futbolçular haqqında xəbərlər uyduranların yazdıqlarına münasibət bildirməyi vacib hesab etmirəm.

Amma onu deyim ki, Alison Bekerlə Endryu Robertson arasında dava olması ilə bağlı xəbər daha çox xoşuma gəldi. Əminliklə deyirəm, bu tip xəbərlərin heç birində zərrəcə də olsa, həqiqət payı yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti