Premyer Liqa klubunun hücumçusu koronavirusa yoluxdu

15 Fevral 2021 15:20 İngiltərə 362
Premyer Liqa klubunun hücumçusu koronavirusa yoluxdu

“Fulhem”in hücumçusu Aleksandar Mitroviç koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı hücumçunun koronavirus testi müsbət çıxdığı üçün 24-cü turun “Everton”la səfər matçını (2:0) buraxmalı olub.

Mitroviç hazırda karantinə alınıb və o növbəti iki oyunda da iştirak edə bilməyəcək. Serbiyalı hücumçu bu mövsüm Premyer Liqada 18 oyunda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti