"Bunu qəbul edə bilmirəm, daha fərqli reaksiya göstərməliydi"

14 Fevral 2021 00:28 İngiltərə 785
"Bunu qəbul edə bilmirəm, daha fərqli reaksiya göstərməliydi"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandanın yeni transferi Ozan Kabakın İngiltərə Premyer Liqasının 24-cü turunda "Lester"lə matçdakı (1:3) çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, türk müdafiəçi və oyunla bağlı deyib:

"Ozan Kabakın çox yaxşı bir oyunçu olduğunu bilirəm. Onun öyrəşmədiyi bir üslubda oynayırıq. 2-ci qolda səhv oldu. Alisson qapısını tərk etməyi sevir.

Bu cür səhvlər ümumiyyətlə yoldaşlıq görüşlərində olur. Bağırmalı olduğumuz epizod idi və heç kimin qışqırığını eşitmədim. Buraxdığımız son 2 qolu bəyənmədim.

Bunu qəbul edə bilmirəm. Daha fərqli reaksiya göstərməliydik. "Lester" ilk qolu vurdu, qolları hədiyyə etdik. Bu vəziyyət heç xoşuma gəldi. Bu, bizim nə qədər çətin durumda olduğumuzu göstərir".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!