“Nəsə danışmağa başlasam, əmin olun ki, kimlərsə inciyəcək”

13 Fevral 2021 21:20 İngiltərə 843
“Nəsə danışmağa başlasam, əmin olun ki, kimlərsə inciyəcək”

“Mançester Yunayted”in futbolçusu Pol Poqbanın “Yuven tus”a keçəcəyi ilə bağlı xəbərlər yenidən aktuallaşıb.

Sportinfo.az xəbər verir ki, futbolçunun agenti Mino Rayola məsələ ilə bağlı açıqlama verib.

O, söz-söhbət barədə detallı danışmaq istəmədiyini deyib:

“Pol Poqba “Yuventus”da? Mən Poqba haqda danışmaq istəmirəm. Çünki bəziləri buna görə möhkəm əsəbiləşirlər. Ondan sonra da gecəni yata bilmirlər.

Mən sakit işləməliyəm. Əgər nəsə danışmağa başlasam, əmin olun ki, kimlərsə inciyəcək”.

Digər Xəbərlər
Xəbər Lenti