“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin “Liverpul” haqda danışıb.
Sportinfo.az xəbər verir ki, Kin “Mançester Siti”yə məğlubiyyətdən sonra “Liverpul”un oyununu dəyərləndirib.
O, futbolçuların xeyli arxayınlaşdığını bildirib:
“Mənim üçün “Liverpul” pis çempiondur. Siz deyə bilərsiniz ki, bu mövsüm istisnadır, koronavirus yayılıb və s. Amma belə şeylərə fikir vermək lazım deyil. Əgər “Liverpul” belə oynamağa davam edəcəksə, bir də 30 ildən sonra çempion olacaq.
Deyəsən, “Liverpul”un futbolçuları son illər onları əhatə edən auradan çıxa bilmirlər. Premyer Liqada qələbə onları göyə qaldırıb. Mən çempion olandan sonra “bunu bir d aha təkrarlaya biləcəyikmi” deyirdim.
Amma hələ indiyə qədər “Liverpul”un heç bir futbolçusundan eşitməmişəm ki, “biz titulu yenə də qazanmaq istəyirik” desin. Bax, hər şey bundadır. İndi isə onlar deyirlər ki, çempionatı ilk “dördlük”də bitirmək yaxşı olardı”.

