“Mançester Siti” “Liverpul”u darmadağın etdi - VİDEO

8 Fevral 2021 01:24 İngiltərə 878
“Mançester Siti” “Liverpul”u darmadağın etdi - VİDEO

İngiltərə Premyer Liqasında XXIII turun mərkəzi görüşündə "Liverpul" “Mançester Siti” ni qəbul edib.

Sportinfo.az xəbər verir ki, görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.

36-cı dəqiqədə İlkay Gündoğan penaltini yerinə yetirə bilməyib. Əvəzində o, 49-cu dəqiqədə hesabı açıb. 62-ci dəqiqədə Məhəmməd Salah penalti ilə hesabı bərabərləşdirib.

73-cü dəqiqədə Gündoğan yenidən komandasını irəli çıxarıb. 76-cı dəqiqədə Rəhim Sterlinq, 83-cü dəqiqədə isə Filip Foden qol vuraraq, yekun nəticəni müəyyənləşdirib.

Bu qələbə ilə “Mançester Siti” xalını 50-yə çatdıraraq turnir cədvəlində liderliyini davam etdirir. “Liverpul” isə 40 xalla 4-cü yerdə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti