FOTO - Konqo yığmasının hücumçusu Premyer Liqa klubunda

3 Fevral 2021 01:52 İngiltərə 948
FOTO - Konqo yığmasının hücumçusu Premyer Liqa klubunda

“Fulhem” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Bordo”nun hücumçusu Coş Mayanı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı ingilis futbolçu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb.

“Fulhem” öz oyunçularından da bir neçəsini icarəyə verib. Belə ki, 28 yaşlı yarımmüdafiəçi Nesken Kebano “Midlsbro”ya icarəyə verilib.

Fransada dünyaya göz açsa da, Konqo yığmasının uğurları üçün çalışan futbolçu 2016-cı ildən “Fulhem”də çıxış edir.

Premyer Liqa klubu 31 yaşlı fransız müdafiəçisi Maksim Le Marşanı Belçika “Antverpen”inə icarəyə göndərib. Sol cinah müdafiəçisi 2018-ci ildən İngiltərə təmsilçisindədir.

Abubakar Kamara isə bu mövsümün sonuna kimi Fransa “Dijon”unda icarədə oynayacaq. 25 yaşlı fransız futbolçu 2017-ci ildən “Fulhem”də çıxış edirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti